
Kurtuanın karyerasının ən yaxşı oyunu
“Real”ın qapıçısı Tibo Kurtua karyerasının ən yaxşı matçını açıqlayıb.
Belçikalı qolkiper 2022-ci ildə keçirilən UEFA Çempionlar Liqasının finalını xüsusi qeyd edib. Həmin qarşılaşmada Madrid təmsilçisi “Liverpul” üzərində 1:0 hesablı qələbə qazanmışdı. Parisdə baş tutan görüşdə Kurtua “qırmızılar”ın yeddi zərbəsini dəf edərək, matçın ən yaxşı oyunçusu seçilmişdi.
Komanda.az xəbər verir ki, “Madrid Zone”-ya danışan 33 yaşlı qapıçı bunları deyib:
“Bütün karyeram ərzində ən sevdiyim oyun? 2022-ci ilin Parisdəki Çempionlar Liqası finalı. Karyeramın ən yaxşı seyvi də məhz həmin görüşdə gerçəkləşib”.
Kurtua 2018-ci ilin yayından “Real”ın formasını geyinir. O, daha əvvəl “Çelsi”, “Atletiko” və “Genk” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



