
“Kurtua dünyanın ən yaxşı qapıçısıdır”
“Real”ın sabiq oyunçusu Quti, Madrid klubunun qapıçısı Tibo Kurtuanın zədəsiylə bağlı fikirlərini bildirib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Kurtua dünyanın ən yaxşı qapıçısıdır, biz ona tam etibar edirik. Kurtua tam hazır olmadığı zamanda belə, möhtəşəm oyun göstərdi”.
Daha əvvəl xarici mətbuatda belçikalı qapıçının təxminən 6 həftə oyunlardan kənarda qalacağı bildirilib. Onu ukraynalı qapıçı Andrey Lunin əvəz edəcək.
“Real” La Liqanın turnir cədvəlində 2-ci yerdədir. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalına yüksəlib və orada “Bayern”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



