Kurtuadan Arbeloa – Alonso müqayisəsi

“Real”ın qapıçısı Tibo Kurtua komandanın baş məşqçi postunda dəyişiklikdən sonra komandada nələrin dəyişdiyini izah edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper bunu deyib:

“Arbeloa ilə Xabi Alonso arasında fərq nədir? Düşünmürəm ki, çox şey var, amma hər məşqçinin öz yanaşması var və bəzi detallar qaçılmaz olaraq dəyişir. Bəlkə də, indi işlər daha yaxşı gedir”.

Bir müddət əvvəl Xabi Alonso Madrid klubunun baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb və Alvaro Arbeloa onun yerinə keçib.

“Real” şənbə günü La Liqada səfərdə “Vilyarreal”ı 2:0 hesabıyla məğlub edib. Komanda yeni baş məşqçinin rəhbərliyi altında keçirdiyi 4 oyundan 3-də qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button