
Keçmiş baş məşqçisi “Barselona”ya qarşı – Laportaya haqq qazandırmır
Niderland millisinin baş məşqçisi Ronald Kuman, “Barselona”nın prezidenti Xuan Laportanın hakimliklə bağlı sərt çıxışlarına münasibət bildirib.
Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalında “Atletiko”ya iki oyunun nəticəsinə görə (0:2, 2:1) məğlub olaraq, turniri tərk edib. Cavab oyunundan sonra klub prezidenti Xuan Laporta hakim qərarlarını kəskin tənqid edərək, “bu, biabırçılıqdır” ifadəsini işlətmişdi.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona”nın sabiq baş məşqçisi olan Kuman isə bu fikirlərlə razılaşmayıb:
“Düşünürəm ki, hakimliklə bağlı “biabırçılıq” demək bir qədər şişirtmədir. Laportanın daxildən belə düşünməsini başa düşürəm, amma kənardan baxanda mənə elə görünmür”.
Digər tərəfdən, Laporta “Barselona”nın hakimlər tərəfindən dəstəkləndiyi iddialarına da sərt reaksiya verib və bu cür fikirləri “utanmazlıq” adlandırıb. O, xüsusilə, “Atletiko” ilə Çempionlar Liqası oyunlarını nümunə göstərib.
Bundan əlavə, məlumatlara görə, Laporta cavab matçının fasiləsində UEFA rəhbərliyi ilə əlaqə saxlayaraq, hakimlikdən narazılığını birbaşa çatdırıb.
Bizi Facebook-da izləyin



