Kuman Xavidən daha şükürlü imiş

“Barselona” İspaniya La Liqasının 32-ci turu çərçivəsində evdə “Kadis”ə uduzub (0:1).

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya komandasının “sükanı arxasında” keçirdiyi 30 oyundan sonra Xavi sələfi Ronald Kumandan daha pis qələbə nisbətinə malikdir.

Belə ki, Xavi “Barselona”nın baş məşqçisi kimi keçirdiyi 30 oyunun 53,33 faizini qazanıb. Kumanın qələbə nisbəti isə 58,21 faizdir.

Kuman 2020-2021-ci illərdə “Barselona”nın baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button