Kumandan “Barselona”nın futbolçusu haqda açıqlama

Niderland millisinin baş məşqçisi Ronald Kuman, “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, həmyerlisi olan De Yonqun zədədən sonra tədricən formaya düşdüyünü və onun dünya çempionatına hazır vəziyyətdə çatacağına ümid etdiyini bildirib:

“Biz bilirik ki, De Yonq tədricən qayıdır. Ümid edirik ki, o, oynamağa davam edəcək və dünya çempionatına yaxşı formada gedəcək”.

De Yonq zədə səbəbindən təxminən iki ay yaşıl meydanlardan kənarda qalmışdı. O, artıq son iki oyunda qısa müddətlik də olsa iştirak edib.

28 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 33 matça çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə verib.

DÇ-2026 ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Niderland millisi F qrupunda Tunis, İsveç və Yaponiya yığmaları ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button