Kukurellanın bərbəri “Çelsi”ni “satdı”, komanda məğlub oldu

“Çelsi”də maraqlı hadisə yaşanıb. Komandanın müdafiəçisi Mark Kukurellanın bərbəri “Brayton”la oyundan öncə londonluların heyəti ilə bağlı məlumatı vaxtından əvvəl paylaşdığı üçün gündəmə gəlib.

Hadisə Premyer Liqanın 34-cü turunda “Brayton”la matçdan əvvəl baş verib. London komandası həmin oyunda 0:3 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, ispaniyalı futbolçunun bərbəri matçdan əvvəl sosial şəbəkədə Kukurellanın saçını kəsərkən çəkilmiş foto paylaşıb və postda komandanın iki futbolçusunun – Koul Palmer və Joao Pedronun zədə səbəbilə oynamayacağını yazıb.

Maraqlıdır ki, həmin futbolçular doğrudan da oyunda iştirak etməyiblər. Daha sonra həm paylaşım, həm də hesab silinib və məsələ futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button