Kubokun finalının keçirilmə vaxtı və yeri açıqlandı

Bu gün “İdman TV” və Azərbaycan Radiosunda “Extra Time” verilişində İlkin Babanın qonağı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub.

Komanda.az xəbər verir ki, verilişdə PFL rəsmisi ölkə kubokunun finalının vaxtı və keçirilmə məkanı haqqında rəsmi məlumatı çatdırıb.

Elgiz Abbasov bildirib ki, ölkə kubokunun finalı may ayının 16-da, “Bank Respublika Arena”da keçiriləcək. Kubokun finalının ənənəvi vaxtda, yəni 28 mayda keçirilməməsinə səbəb isə həmin ərəfədə Bakıda AÇ-2020 oyunları və Formula-1 yarışlarına hazırlıq işləridi. PFL daxili çempionat oyunlarını daha tez yekunlaşdırmaq barədə qərar qəbul edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button