Neymar bütün gecəni ağlayıb

Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-nin 1/8 finalının Cənubi Koreya ilə oyunundan sonra (4:1) açıqlama verib.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, “sambaçı” DÇ-2022-nin qrup mərhələsinin birinci matçında zədələndiyini xatırladıb və bunun xoşagəlməz hal olduğunu bildirib:

“Aldığım zədədən sonra çox qorxdum. Çünki hər şey çox yaxşı gedirdi, çox yaxşı mövsüm keçirmişdim. Qrup mərhələsinin ilk oyununda zədə almağım son dərəcə xoşagəlməz hal idi. Bütün gecəni ağladım, ailəmin də bundan xəbəri var idi. Lakin hər şey müsbətə doğru dəyişdi”.

Neymar dünya çempionu olmaq istədiklərini və bunun üçün yaxşı hazırlaşdıqlarını dilə gətirib:

“Biz dünya çempionu olmaq arzusundayıq. Amma buna addım-addım yaxınlaşmalıyıq. Bu, dördüncü oyunumuz idi, daha üç oyun qalıb. Biz yaxşı hazırlaşmışıq və diqqətimizi titula yönləndirmişik”.

Neymar DÇ-2022-də Braziliya milli komandasının heyətində iki oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Braziliya 1/4 finalda Xorvatiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button