
“Kruz Asul”un futbolçusu ilə maraqlanan Azərbaycan klubunun adı məlum olub
Meksikanın “Kruz Asul” klubunun futbolçusu Auqusto Lotti ilə Azərbaycandan hansı komandanın maraqlandığı məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə argentinalı insayder Sezar Luis Merlo sosial şəbəkə səhifəsində paylaşım edib. O, 27 yaşlı hücumçunun “Neftçi”nin transfer gündəmində olduğunu bildirib.
Onun sözlərinə görə, Bakı təmsilçisi ilə yanaşı, Yunanıstanın “Volos” və Argentinanın “Taleres” klubu da Lottini heyətə qatmaq niyyətindədir. Amma futbolçu özü Avropaya köçməyi planlaşdırdığını “Kruz Asul” rəhbərliyinə bildirib. “Neftçi”nin onu icarəyə götürməsi nəzərdən keçirilir.
Lottinin “Kruz Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



