Kroos “Real”da qalacaq?

“Real”ın rəhbərliyi və şəxsən klubun prezidenti Florentino Peres almaniyalı yarımmüdafiəçi Toni Kroosu komandada saxlamaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Peres Kroosa onu komandada saxlamaq istədiyini bildirib, lakin bu günə kimi futbolçuya rəsmi təklif edilməyib.

Yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir.

34 yaşlı futbolçu 2014-cü ildən “Real”da çıxış edir. Bu müddət ərzində o, İspaniya klubu ilə 21 kubok, o cümlədən dörd UEFA Çempionlar Liqası kuboku qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button