
Kroos “Real”da hansı vəzifəni tutacaq?
Almaniyalı sabiq yarımmüdafiəçi Toni Kroos yenidən “Real”a qayıda bilər.
Komanda.az xəbər verir ki, bu barədə “MadridXtra” məlumat yayıb.
Kroos “kral klubu”nun strukturunda fəaliyyət göstərəcək və strateji qərarlar üzrə məsləhətçi vəzifəsini icra edəcək. O, futbolçu karyerası ərzində, 2014–2024-cü illərdə Madrid təmsilçisinin formasını geyinib. Kroos “Real”la birlikdə 4 dəfə İspaniya La Liqasının qalibi olub, həmçinin, 5 dəfə UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.
Almaniya millisində də çıxış edən sabiq yarımmüdafiəçi, komandanın heyətində 114 oyuna çıxıb və 17 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



