
“Noyer bütün zamanların ən yaxşı qapıçısıdır”
Almaniya millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos, “Bayern”in qapıçısı Manuel Noyer barədə danışıb.
Komanda.az “Madrid Zone”-ya istinadən xəbər verir ki, o, Noyerin bütün zamanların ən yaxşı qapıçısı olduğunu bildirib:
“Noyer bütün zamanların ən yaxşı qapıçısıdır, bu, dəqiqdir. Onun özünəməxsus oyun üslubu var. Ona baxmaq həmişə maraqlıdır. Hərəkətləri və zərifliyi sayəsində inanılmaz aura yaradır”.
Kroos, həmçinin, Noyerin hələ də Almaniya millisi üçün ən güclü qapıçı olduğunu vurğulayıb.
Noyer 2024-cü ildə Almaniya millisində karyerasını başa vurub və bu ilin yayında keçiriləcək dünya çempionatı üçün geri dönməyəcəyini açıqlayıb.
Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



