Kroos: “Hər il Çempionlar Liqasını qazanmaq mümkün deyil”

“Real”ın yarımmüdafiəçisi Toni Kroos komandasının Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə uduzmasına (0:4) münasibət bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan alman futbolçu, Çempionlar Liqasını hər il qazanmağın mümkün olmadığını deyib:

“Real”la müqavilə bağlayarkən, istər məşqçi, istərsə də oyunçu olmağınızdan asılı olmayaraq, burada gözləntilərin ən yüksək olduğunu başa düşməlisiz. Biz bir neçə dəfə uğur qazanmışıq, lakin hər il Çempionlar Liqasını qazanmaq mümkün deyil”.

“Mançester Siti” Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq. Final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button