
“Kristal Pelas” baş məşqçi ilə bağlı qərarını verib
“Kristal Pelas” baş məşqçi Oliver Qlasnerlə bağlı yekun qərarını müəyyənləşdirib.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi istefa ilə bağlı yayılan söz-söhbətlərə baxmayaraq, avstriyalı mütəxəssisə mövsümün sonuna qədər işləmək imkanı verəcək. Bununla belə, tərəflərin əməkdaşlığı yayda başa çatacaq. Qlasner müqaviləsinin müddəti bitdikdən sonra komandadan ayrılacaq.
Oliver Qlasner 2024-cü ilin fevralından London təmsilçisini çalışdırır. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə həm İngiltərə kubokunu, həm də superkuboku qazanmağı bacarıb.
“Kristal Pelas” hazırda Premyer Liqada 27 turdan sonra topladığı 35 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



