Kadinin “Krasnodar”da alacağı maaş bilindi

Rusiyanın “Krasnodar” klubu “Qarabağ”dan Kadi Borgesi transfer etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, braziliyalı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla 2026-cı ilin iyununa kimi müqavilə imzalanacaq. Kadinin Dubayda keçiriləcək təlim-məşq toplanışında komandaya qoşulacağı vurğulanıb.

Ancaq transferə görə “Qarabağ”a ödənilən məbləğ açıqlanmayıb. Bununla belə, “vedomosti.ru” saytı braziliyalı futbolçunun yeni klubunda illik maaşının 2 milyon avro təşkil edəcəyini yazıb.

Kadi “Qarabağ” formasıyla bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, Ağdam təmsilçisində ümumilikdə 74 oyunda iştirak edib. 28 qol vuran braziliyalı yarımmüdafiəçi elə 28 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button