Koxalski “Qarabağ”ı bir halda tərk edəcək

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski hazırda heç bir klubdan təklif almayıb.

Komanda.az xəbər verir ki, bu barədə 26 yaşlı qolkiper özü məlumat verib.

Koxalski karyerasını Azərbaycanda hansı halda davam etdirəcəyini də açıqlayıb:

“Hazırda heç bir təklif yoxdur, ona görə də karyeramla bağlı dəqiq qərar verməmişəm. Yayda nə baş verəcək, bilmirəm. Getmək və arzumun gerçəkləşməsi üçün yaxşı təklif olsa, gedərəm. Təbii ki, bunun üçün də böyük klubdan yaxşı təklif almalıyam ki, reallaşsın. Əks halda, “Qarabağ”da qalaram”. (Telegraf)

Koxalskinin “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. Polşa mətbuatının məlumatına görə, 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər. Bu maddə bir ay ərzində aktiv olacaq və futbolçunun 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button