Koutinyo “Atletiko”da?

Cari mövsümün sonunda “Barselona”dan ayrılacağı deyilən Filippe Koutinyo ilə bağlı açıqlama verilib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Antuan Qrizmannın transfer ediləcəyi təqdirdə, Koutinyo komandadakı yerini itirəcək. Onun “Atletiko”ya keçəcəyi ilə bağlı da iddialar var.

Məsələylə bağlı açıqlama verən futbolçunun meneceri Andrea Bertolucci, bütün iddiaları yalanlayıb:

“Qrizmannın “Barselona”ya Koutinyonun yerinə gələcəyi ilə bağlı olan iddialar doğru deyil. Niyə belə dediklərini bilmirəm. Bu məsələylə bağlı daha çox danışmaq istəmirəm”.

Kataloniya klubunun 26 yaşlı futbolçunu 100 milyon avroya satmağı planlaşdırdığı deyilir.

“Barselona” ilə 2023-cü ilədək müqaviləsi olan braziliyalı futbolçu, bu mövsüm iştirak etdiyi 53 oyunda 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button