Klopp “Real”la bağlı iddiaları təkzib etdi

Son günlər mediada yayılmış xəbərlərdə bildirilirdi ki, yayda “Real”ın baş məşqçi postuna Yurgen Klopp gətirilə bilər. Ancaq alman mütəxəssis bu söz-söhbətləri qəti şəkildə təkzib edib və hazırkı vəzifəsindən məmnun olduğunu açıqlayıb.

2025-ci ilin əvvəllərindən Klopp “Red Bull” futbol sistemi ilə işləyir. Komanda.az xəbər verir ki, o, “Goal” portalına verdiyi açıqlamada bunları deyib:

“Mən bilirəm ki, hansısa komandaya rəhbərlik edə bilərəm, amma bu o demək deyil ki, bunu ömrümün sonuna qədər etməliyəm. “Red Bull” mənə öz rolumu tapmaq üçün imkan verdi və bunu addım-addım birlikdə formalaşdırdıq. Hazırda olduğum yerdə tam rahatam və başqa yerdə olmaq istəmirəm”.

Yurgen Klopp 2015–2024-cü illərdə “Liverpul”u çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button