
Klopp məşqçiliyə qayıda bilər
“Liverpul”un sabiq çalışdırıcısı Yurgen Klopp yayda yenidən məşqçiliyə qayıda bilər.
Komanda.az AS-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin yaxın gələcəkdə “Red Bull” futbol sistemindəki vəzifəsindən ayrılması gözlənilir.
Kloppun bu roldakı fəaliyyəti gözləntiləri doğrultmayıb. Bu da onun erkən ayrılmasına yol açır. O, 2025-ci ilin əvvəlindən “Red Bull”da çalışır. Son aylarda mətbuat onun adını “Real”la əlaqələndirirdi. Madrid klubu yayda baş məşqçi dəyişikliyini nəzərdən keçirə bilər.
Alvaro Arbeloa yanvarın ortalarından “Real”a rəhbərlik edir. Yurgen Klopp isə 2015-ci ildən 2024-cü ilə qədər “Liverpul”u çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



