“Kopenhagen” və “Qalatasaray”dan aşağı pillədə olmaq üzücüdür” – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq hücumçusu Dimitar Berbatov “qırmızı şeytanlar”ın Çempionlar Liqasındakı çıxışından danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bolarıstan millisinin keçmiş üzvü komandanın nəticələrinin yaxşı olmadığını bildirib:

“Çempionlar Liqasının qrup mərhələsini “Kopenhagen” və “Qalatasaray”dan aşağı pillədə başa vurmaq üzücüdür. Komandanın nəticələri kifayət qədər yaxşı deyildi. Yaxşı görünsən və uduzsan belə, bu kifayət deyil, çünki Çempionlar Liqasının qrup mərhələsində pley-off mərhələsinə vəsiqə qazanmaq üçün xal lazımdır. Hər şey nəticələrə aiddir. Aydındır ki, heç bir nəticə olmasa, sonuncu yerdə olacaqsız. Erik ten Haqın komandası kifayət qədər yaxşı çıxış etmədi”.

“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyundan sonra 4 xalla sonuncu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button