
“Konteyə bravo, əvəzetmələrə bravo!”
“Napoli”nin prezidenti Aurelio De Laurentis A Seriyasının son turunda “Napoli”nin “Milan” üzərində qələbəsində (1:0) baş məşqçi Antonio Kontenin ağıllı əvəzetmələrini yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri oyundan sonra italiyalı mütəxəssisə ağıllı qərarlarına görə təşəkkür edib:
“Oyunu Los-Ancelesdən izlədim və çox bəyəndim. Konteyə bravo, əvəzetmələrə bravo! Politanoya görə (qolu vuran fubtolçu) xoşbəxtəm. Bütün futbolçular fantastik idilər. Yaşasın “Napoli”!”
“Napoli” A Seriyasının turnir cədvəlində 65 xalla “Milan”ı geridə qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



