Konte yoxdur, Poçettino var

Cari mövsümün sonunda Massimiliano Alleqri ilə yollarını ayıracağını açıqlayan “Yuventus” yeni baş məşqçi axtarışlarına başlayıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”nın Antonio Konte ilə danışıqlar apardığı deyilsə də, bu xəbər təkzib olunub. İtaliyalı mütəxəssisin “İnter”lə razılığa gəldiyi və böyük ehtimalla, növbəti mövsümə bu klubda başlayacağı bildirilir.

Bundan başqa, Kontenin keçmişdə “Yuventus”un prezidenti Andrea Anyelli ilə problemlər yaşadığı, bu səbəbdən yenidən Turin komandasının “sükanı arxasına” keçməyəcəyi deyilir.

“Yuventus”un namizədləri siyahısında ilk yerdə “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinonun olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button