“Konte klub rəhbərliyi ilə danışmalıdır” – Keyn

“Tottenhem”in hücumçusu Harri Keyn komandanın baş məşqçisi Antonio Konte haqda açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, ingilis hücumçu Kontenin işini yüksək qiymətləndirib:

“İki-üç il kuboklar uğrunda mübarizə aparsaq da, son bir-iki ildə bu mübarizədən kənarda qaldıq. Konte “Tottenhem”ə klub mədəniyyətini qurmağa kömək edir və bizim titullar uğrunda mübarizəyə qayıtmağımızı istəyir.

Premyer Liqada hər şey çox çətindir. Bütün komandalar güclənir, asan oyun yoxdur. Baş məşqçimiz və bütün futbolçular əllərindən gələni edirlər. Vəziyyəti tez bir zamanda düzəldə bilməzsiz, bunun üçün vaxt lazımdır. Təbii ki, Konte klub rəhbərliyi ilə danışmalıdır və komandanın hansı istiqamətdə inkişaf edəcəyini müzakirə etməlidir. Biz futbolçular Konte haqqında ancaq müsbət şeylər danışa bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button