Konseysao “Əl-İttihad”dan ayrılır

Səudiyyə Ərəbistanında mövsümü turnir cədvəlinin 5-ci pilləsində başa vuran “Əl-İttihad” baş məşqçisi Serjio Konseysao ilə yollarını ayırmaq niyyətindədir.

Portuqaliyalı mütəxəssis komandanın “sükanı arxasına” mövsümün gedişində gətirilmişdi və klubda cəmi yeddi ay çalışıb. O, ötən ilin oktyabrında istefaya göndərilən Loran Blanın əvəzinə təyin olunmuşdu.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyinin Konseysaoya olan etimadının azalmasında mövsümün uğursuz sonluğu əsas rol oynayıb. Belə ki, komanda son turda “Əl-Qadisiya”ya 1:5 hesabı ilə məğlub olub.

Konseysaonun vaxtilə “Milan”dakı varisi olan Massimiliano Alleqri də artıq vəzifəsindən uzaqlaşdırılıb. Onun istefasında da son turdakı məğlubiyyətin həlledici rol oynadığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button