Konseysao “Əl-İttihad”dan ayrıldı

Serjio Konseysao Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçi postundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Konseysao “Əl-İttihad”a ötən ilin payızında rəhbərlik etməyə başlamışdı. Komanda onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatının son mövsümünü turnir cədvəlinin 5-ci pilləsində başa vurub.

Portuqaliyalı mütəxəssis Avropada “Milan”, “Nant” və “Portu” kimi klublardakı fəaliyyəti ilə məşhurdur. O, həmçinin, Portuqaliyanın bir sıra digər komandalarında da çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button