Konfrans Liqasında püşkatma olacaq – Bu gün

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində təşkil olunacaq və saat 16:30-da başlayacaq. Qitənin üçüncü dərəcəli klub turnirinin püşkatmasında 32 komanda 8 qrupa bölünəcək.

Turnirdə qrup mərhələsinin qalibləri 1/8 finala adlayacaq, 2-ci yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Bu komandalar Avropa Liqasında qrup üçüncüsü olanlarla görüşəcək.

Konfrans Liqasının qrupundakı oyun günləri də dəqiqləşib:
1-ci tur – 8 sentyabr
2-ci tur – 15 sentyabr
3-cü tur – 6 oktyabr
4-cü tur – 13 oktyabr
5-ci tur – 27 oktyabr
6-cı tur – 3 noyabr

1-ci səbət: “Vilyarreal” (İspaniya), “Bazel” (İsveçrə), “Slaviya” (Praqa, Çexiya), “AZ Alkmaar” (Niderland), “Gent”, (Belçika), “Başakşəhər” (Türkiyə), “Partizan” (Serbiya), “Vest Hem” (İngiltərə)

2-ci səbət: ÇFR, “Styaua” (hər ikisi Rumıniya), “Molde” (Norveç), “Fiorentina” (İtaliya), “Köln” (Almaniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Apollon” (Limassol, Kipr), “Slovan” (Bratislava, Slovakiya)

3-cü səbət: “Nitsa” (Fransa), “Anderlext” (Belçika) “Jalgiris” (Litva), “Austriya” (Vyana, Avstriya), “Harts” (Şotlandiya), “Şemrok Rovers” (İrlandiya), “Sivasspor” (Türkiyə), “Vaduts” (Lixtenşteyn)

4-cü səbət: “Dnepr-1” (Ukrayna), “Lex” (Polşa), “Slovaçko” (Çexiya), “Silkeborq” (Danimarka), “Yurqorden” (İsveç), “Pünik” (Ermənistan), RFŞ (Latviya), “Balkani” (Kosovo)

Qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button