Konfrans Liqasında meydan sahiblərinin günü

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Fənərbaxça” Yunanıstanda “Olimpiakos”un qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2. 

“Viktoriya” – “Fiorentina” matçında qol olmayıb.

Digər oyunlarda “Aston Villa” “Lill”i, “Brügge” isə PAOK-u məğlub edib.

Bu mərhələnin cavab matçları aprelin 18-də keçiriləcək.

Konfrans Liqası, 1/4 final mərhələsi
İlk oyunlar

11 aprel

20:45. Olimpiakos (Yunanıstan) – Fənərbaxça (Türkiyə) 3:2
Qol: Fortunis, 8. Yovetiç, 32. Şkinio, 67 – D.Tadiç, 68-pen, İ.Kahveci, 74.

20:45. Viktroiya (Çexiya) – Fiorentina (İtaliya) – 0:0

23:00. Aston Villa (İngiltərə) – Lill (Fransa) 2:1
Qol: Olli Uotkins, 13. Con MkGinn, 56 – Bafode Diakite, 85.

23:00. Brügge (Belçika) – PAOK (Yunanıstan) 1:0
Qol: Huqo Vetlesen, 6.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button