Konfrans Liqasında həftənin ən yaxşısı bilindi

Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Komanda.az xəbər verir ki, bu ada İtaliyanın “Roma” klubundan Temmi Abraham layiq görülüb.

24 yaşlı ingilis hücumçu İngiltərənin “Lester Siti” komandasına 1:0 hesabı ilə qalib gəldikləri görüşdə qələbə qolunun müəllifi olub.

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına İngiltərə “Lester Siti”sindən Uesli Fofana, Fransanın “Olimpik” (Marsel) klubundan Luan Peres və Niderland “Feyenoord”undan Gernot Trauner də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button