Konfrans Liqası: “Makkabi” “Nitsa”ya, “Fehervar” “Köln”ə qalib gəldi

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ötən gün bir oyunla start götürən mərhələ çərçivəsində bu gün daha 21 matç keçirilib.

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Başakşəhər” doğma meydanda Belçika “Antverpen”i ilə qarşılaşıb. Bu matçda qalib müəyyənləşməyib.

3-cü təsnifat mərhələsində “Neftçi”nin yolunu kəsən Avstriya “Rapid”i Lixtenşteyndə “Vaduts”la qarşılaşıb. Bu oyun da heç-heçə bitib.

2-ci raundda “Zirə”ni mübarizədən kənarlaşdırmış İsrailin “Makkabi” (Təl-Əviv) komandası Fransa “Nitsa”sıyla üz-üzə gəlib və minimal hesabla qələbə qazanıb. “Qəbələ”ni məğlub etmiş Macarıstan “Fehervar”ı isə Almaniyada “Köln”ə qalib gəlib.

Pley-offun açılış oyununda “Yurqarden” (İsveç) öz meydanında APOEL (Kipr) komandasını 3:0 hesabı ilə məğlub etmişdi.

Qrup mərhələsinə vəsiqə uğrunda həlledici cavab görüşləri avqustun 25-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları

17 avqust

Yurqarden (İsveç) – APOEL (Kipr) 3:0

18 avqust

Rakuv (Polşa) – Slaviya (Praqa, Çexiya) 2:1

Makkabi (Təl-Əviv, İsrail) – Nitsa (Fransa) 1:0

Molde (Norveç) – Volfsberger (Avstriya) 0:1

RFS (Latviya) – Linfild (Şimali İrlandiya) 2:2

Slovaçko (Çexiya) – AİK (İsveç) 3:0

ÇSKA (Sofiya, Bolqarıstan) – Bazel (İsveçrə) 1:0

Yanq Boyz (İsveçrə) – Anderlext (Belçika) 0:1

Universitatya (Krayova, Rumıniya) – Hapoel (Beer-Şeva, İsrail) 1:1

Başakşəhər (Türkiyə) – Antverpen (Belçika) 1:1

Vaduts (Lixtenşteyn) – Rapid (Avstriya) 1:1

Zrinski (Bosniya və Herseqovina) – Slovan (Bratislava, Slovakiya) 1:0

Maribor (Sloveniya) – ÇFR Kluj (Rumıniya) 0:0

Styaua (Rumıniya) – Vikinq (Norveç) 1:2

Köln (Almaniya) – Fehervar (Macarıstan) 1:2

Lex (Polşa) – Düdelanj (Lüksemburq) 2:0

Vest Hem (İngiltərə) – Viborq (Danimarka) 3:1

Vilyarreal (İspaniya) – Hayduk (Xorvatiya) 4:2

Alkmaar (Niderland) – Jil Visente (Portuqaliya) 4:0

Partizan (Serbiya) – Hamrun Spartans (Malta) 4:1

Fiorentina (İtaliya) – Tvente (Niderland) 2:1

Şkupi (Şimali Makedoniya) – Balkani (Kosovo) 1:2