Konfrans Liqasında yarımfinalçılar bəlli oldu

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, gecənin ilk matçında İngiltərənin “Lester” komandası Niderlandda PSV-nin qonağı olub. Lesterdəki qarşılaşmada hesab açılmamışdı. Üç qolun qeydə alındığı cavab görüşündə sevinən tərəf İngiltərə təmsilçisi olub.

Turnirdə iştirak edən klublar arasında ən tanınmışı olan “Roma” Norveç təmsilçisi “Bude-Qlimt”lə qarşılaşıb. Joze Mourinyonun komandası səfərdə keçirilən ilk matçda 1:2 hesabı ilə məğlub olmuşdu. “Canavarlar” Konfrans Liqasının yarımfinalına yüksəlmək üçün daha böyükhesablı qələbə qazanmalıydı. İtalyanlar buna 4 cavabsız qolla nail olublar.

İlk oyunda səfərdə “Feyenoord”la 3:3 hesablı heç-heçə edən Çexiya “Slaviya”sının yarımfinala yüksəlmək üçün şansı heç də az deyildi. “Slaviya”ya Konfrans Liqasında yoluna davam etməsi üçün adlı-sanlı rəqibiylə görüşdə minimal hesablı qələbə də kifayət edirdi. Amma bu dəfə səfərdə qələbə qazanan “Feyenoord” sürprizə imkan verməyib. “Marsel” də PAOK-u səfərdə minimal hesabla yenib.

Beləliklə, yarımfinalda “Lester Siti” “Roma”yla, “Feyenoord” isə “Marsel”lə üz-üzə gələcək.

UEFA Konfrans Liqası, 1/4 final, cavab oyunları

14 aprel

PSV (Niderland) – Lester (İngiltərə) 1:2
Qol
: Zahavi, 27 – Meddison, 77. R.Pereyra, 88.
İlk oyun – 0:0

PAOK (Yunanıstan) – Marsel (Fransa) 0:1
Qol: Payet, 34.
İlk oyun – 1:2

Slaviya (Praqa, Çexiya) – Feyenoord (Niderland) 1:3
Qol
: Traore, 14 – Dessers, 2; 59. Sinisterra, 78.
İlk oyun – 3:3

Roma (İtaliya) – Bude-Qlimt (Norveç) 4:0
Qol
: Abraham, 5. Zaniolo, 23; 29; 49.
İlk oyun – 1:2