“Qarabağ” mübarizəni dayandırdı

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Belçikada “Gent”in qonağı olub. “Gelamko Arena”da keçirilən oyun saat 00:00-da start götürüb.

“Qarabağ” Bakıda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanmışdı. Lakin Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxmışdı. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən “Gent”lə görüşdə komandaya kömək edə bilmirdi. Matçda hesabı meydan sahibləri açıblar. Ümumi hesab bərabər olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə vaxtda da ümumi hesab dəyişməz qalıb. Belədə, qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Gent” növbəti mərhələyə yüksəlib, “Qarabağ” isə mübarizəni dayandırıb.

Konfrans Liqası, pley-off mərhələsi
Cavab oyunu

23 fevral

Gent (Belçika) – Qarabağ (Azərbaycan) 1:0 (penaltilər 5:3)
Qol: G.V.Orban, 74.
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun – 0:1
Gent, “Gelamko Arena”

Gent: 33. Deyvi Rof, 5. Mişel Nqadye-Nqadyui, 7. Hönseok Hon, 11. Uqo Kuypers, 13. Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23. Cordan Torunariqa, 24. Sven Kums, 25. Nurio Fortuna, 29. Loran Depuatr, 31. Bruno Qodo.
Ehtiyat oyunçular: 1. Pol Nardi, 2. Cozef Okumu, 10. Yens Petter Hauqe, 12. Noa de Ridder, 15. Bram Laqae, 19. Malik Fofana, 20. Gift Villi Orban, 22. Seleyman Marre, 27. Rune van den Berq, 28. Robbi van Hater, 35. Sederik van Dale, 39. Matias Fernandes.
Baş məşqçi: Heyn Vanhazebruk.
Qarabağ: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button