Konfrans Liqası: “Neftçi” ilə “Sabah”ın Bakıdakı oyunlarının təyinatları açıqlandı

“Neftçi” ilə “Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəkləri oyunların təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın matçını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Balaj Berkeyə həmyerliləri Balaj Buzaş və Balaj Sert laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.

“Sabah”ın oyununu isə isveçrəli Fedayi San idarə edəcək. Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.

“Neftçi” bu mərhələdə “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) duelinin (ilk oyun – 0:1) güclüsü ilə qarşılaşacaq. Hər iki komandanın ilk görüşü səfərdə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button