
Konfrans Liqası: “Neftçi” “Dinamo” – “Sileks” cütünün qalibi ilə qarşılaşacaq
“Neftçi”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” bu mərhələdə “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.
UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



