Konfrans Liqası: “Fənərbaxça”nın rəqibi bilindi

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi “Fənərbağça”nın da rəqibi bilinib. İstanbul klubu bu mərhələdə “Yunion” (Belçika) ilə üz-üzə gələcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın “Dinamo” (Zaqreb) komandası isə PAOK-a (Yunanıstan) rəqib olub.

Bu mərhələnin ilk matçları martın 7-də, cavab oyunları isə 14-də keçiriləcək.

UEFA Konfrans Liqası, 1/8 final mərhələsi

Servett (İsveçrə) – Viktoriya (Çexiya)
Ayaks (Niderland) – Aston Villa (İngiltərə)
Molde (Norveç) – Brügge (Belçika)
Yunion (Belçika) – Fənərbaxça (Türkiyə)
Dinamo (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan)
Şturm (Avstriya) – “Lill (Fransa)
Makkabi (Hayfa, İsrail) – Fiorentina (İtaliya)
Olimpiakos (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button