Konfrans Liqası: “Fənərbaxça” bu gün “Olimpiakos”la üz-üzə gələcək

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Komanda.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

İngiltərədə “Aston Villa” “Lill” ilə qarşılaşacaq. “Viktoriya” Çexiyada “Fiorentina”nı, PAOK isə Yunanıstanda “Brügge”ni sınağa çəkəcək.

1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də keçiriləcək.

Konfrans Liqası
1/4 final, ilk oyunlar

11 aprel

20:45. Olimpiakos (Yunanıstan) – Fənərbaxça (Türkiyə)
20:45. Viktoriya (Çexiya) – Fiorentina (İtaliya)
23:00. Brügge (Belçika) – PAOK (Yunanıstan)
23:00. Aston Villa (İngiltərə) – Lill (Fransa)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button