Konfrans Liqası: Bu gün “Neftçi” ilə “Sabah”ın rəqibləri dəqiqləşəcək

Bu gün UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan klublarının 2-ci mərhələdəki potensial rəqibləri də cavab görüşlərinə çıxacaq.

Əvvəlcə “Sabah”ın mümkün rəqiblərindən olan Latviyanın RFŞ komandası Şimali Makedoniya təmsilçisi “Makedoniya”nı qəbul edəcək. Oyun saat 19:30-da başlayacaq. İlk matçda latviyalılar minimal hesablı qələbə qazanıblar – 1:0.

“Neftçi”nin potensial rəqibləri olan Belarus “Dinamo”su (Minsk) isə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşacaq. UEFA-nın qərarına əsasən, Bakıdakı “Azersun Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk oyun bərabərliklə yekunlaşıb – 2:2.

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı Ermənistanın “Ararat-Armenia” komandasını qəbul edəcək. Oyun saat 22:00-da başlayacaq. Yerevandakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. İsgəndərli həmin görüşdə 59-cu dəqiqədə meydana daxil olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button