
Konate rəsmən “Real”da
Fransa millisinin müdafiəçisi İbrahima Konate karyerasını “Real”da davam etdirəcək.
Komanda.az “kral klubu”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin iyununadək nəzərdə tutulan müqavilə imzalanıb.
Konate 2021-ci ildən “Liverpul”un formasını geyinirdi. O, mövsüm başa çatdıqdan sonra Mersisayd təmsilçisi ilə müqaviləsini yeniləməmək qərarına gəlib və komandadan azad agent kimi ayrılıb.
Fransalı müdafiəçi “qırmızılar”ın heyətində bütün turnirlərdə 183 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



