
Kompanidən “Bayern”in zədəliləri barədə açıqlama
“Bayern”in baş məşqçisi Vensan Kompani komandasının zədəli oyunçuları barədə açıqlama verib.
Alfonso Deyvis, Camal Musiala və qapıçı Yonas Urbiq UEFA Çempionlar Liqasında “Atalanta” ilə oyunda zədələniblər. Deyvis sağ budunun arxa əzələsini dartıb, Urbiq beyin silkələnməsi keçirib. Musiala isə sol ayağında ağrı hiss edib. Bu, onun yayda aldığı zədənin davamıdır.
Harri Keyn isə Bundesliqada Dortmund “Borussiya”sı ilə matçda (3:2) bud nahiyəsini zədələyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis hər şeyin nisbətən yaxşıya doğru getdiyini bildirib:
“Hər şey nisbətən yaxşıya doğru gedir. Bu o demək deyil ki, vəziyyət Leverkuzen “Bayer”i ilə oyun öncəsi dəyişəcək. Daha pis də ola bilərdi. Yonasın bərpa olunması ilə bağlı tibbi heyətlə danışırıq, ümid edirəm ki, gələn həftə geri dönəcək. Musiala isə məşqlərə gələn həftənin əvvəlində başlaya bilər, görəcəyik. Deyvis üçün beynəlxalq fasilə yaxşı fürsət olacaq. Ümid edirəm ki, tam heyətimizlə oynaya biləcəyik”.
O, Keynlə bağlı isə belə deyib:
“Bayer”ə qarşı oynamaq şansı var. O, həftəboyu tam məşq edib və biz vəziyyətini riskə atmırıq. 11 xallıq fərq olsa belə, rahatlaşa bilmərik. Keyn formadadırsa, oynayacaq”.
“Bayern” martın 14-də, Bundesliqanın 26-cı turunda “Bayer”lə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



