
Kompanidən “Mançester Siti”yə keçəcəyi haqda iddialara reaksiya
“Bayern”in baş məşqçisi Vensan Kompani gələcəkdə “Mançester Siti”ni çalışdıracağı ilə bağlı yayılan iddialara cavab verib. Xəbərlərə görə, o, gələcəkdə Pep Qvardiolanın əsas varisi ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı hazırda bütün diqqətinin “Bayern”də olduğunu bildirib:
“Futbolda çox uzağı düşünmək olmaz. Hazırda bütün diqqətim “Bayern”dədir. Mən anı yaşamaq istəyirəm. Başqa məsələlər haqda heç bir düşüncəm yoxdur”.
Kompani 2024-cü ilin yayından “Bayern”i çalışdırır. Onun komandası hazırda Bundesliqada 12 turdan sonra 34 xalla liderdir.
“Mançester Siti” isə Qvardiola ilə birlikdə Premyer Liqada 14 oyundan 28 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



