“Komandamla qürur duyuram” – Qvardiola

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 2-ci turunun “Tottenhem”lə oyunundan (2:2) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, matçla bağlı bunları deyib:

“Möhtəşəm oyun sərgilədik. Komandamla qürur duyuram. Çoxlu şanslarımız oldu, ancaq yararlana bilmədik. “Tottenhem”in iki epizodu oldu, ondan da istifadə etdilər. Qələbə qazanmaq istəyirdik, çünki bu komanda buna layiq idi”.