Kurtua: “Real”da heç kim Alonso haqqında pis bir şey deməyəcək”

“Real”ın qapıçısı Tibo Kurtua, Xabi Alonsonun Madrid klubundakı uğursuzluğuyla bağlı suala cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı məşqçiylə ilk ayların yaxşı keçdiyini deyib:

“Komandamızda heç kim Alonso haqqında pis bir şey deməyəcək. Düşünürəm ki, onunla yaxşı iş gördük. İnsanlar taktikadan və video təhlildən nifrət etdiyimizi deyirdilər, amma qulaq asın, mən bir vaxtlar hər gün bir saatlıq nəzəri məşğələlər keçirən Antonio Konte ilə işləmişəm. Və bu, problem deyildi, çünki biz peşəkar idik. Alonsonun rəhbərliyi altında ilk aylar yaxşı keçdi, sonra isə geriləmə oldu. Belə şeylər baş verir”.

Yanvar ayında ”Real”ın baş məşqçisi mövqeyində Xabi Alonsonu Alvaro Arbeloa ilə əvəz edib. “Kral klubu” çərşənbə günü Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti”ni 3:0 hesabıyla məğlub edərək, bəlkə də, Arbeloanın rəhbərliyi altında ən yaxşı oyununu keçirib. Komandanın “şəhərlilər”lə cavab oyunu isə 17 martda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button