“Komandamız özünə bənzəmir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandadakı zədəli futbolçulardan danışıb.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis zədəlilərin sayının çoxluğundan şikayətlənib:

“Üç gündən bir oynayırıq. Bu, bizim üçün çətin mövsümdür. Biz bu vəziyyətlə mübarizə aparmalıyıq və bunu da edirik. İndi komandamız özünə bənzəmir. Üzr istəyirəm, amma vəziyyət belədir. Biz həll yolları üzərində işləyəcəyik”.

Artur, Luis Diaz, Dioqo Jota, Nabi Keyta və Joel Matip zədə səbəbindən mersisaydlıların matçlarında iştirak edə bilmir.

“Liverpul” Premyer Liqada keçirdiyi son iki matçda “Nottingem Forest” (0:1) və “Lids”ə (1:2) məğlub olub. Kloppun komandası 16 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button