ÇL: “Komandamın oyunundan çox razıyam” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Seltik”lə heç-heçəni (2:2) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına isitinadən xəbər verir ki, argentinalı mütəxəssis komandasından məmnun olduğunu bildirib:

“Komandamın oyunundan çox razıyam. İkinci hissədə qələbə üçün oynadıq. İlk hissədə rəqib daha yaxşı görünürdü və ilk iki zərbə ilə qol vurdular, ona görə də, artıq istədiyimiz kimi oynaya bilmədik. Fasilədə dedik ki, cəsarətlə oynamaq, irəli getmək, şans yaratmaq lazımdır. Və biz bunu etdik. Bu matçda qalib gələ bilərdik. Amma mən bu stadiondan məmnuniyyətlə ayrılıram”.

“Atletiko” 3 turdan sonra 5 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Seltik” isə 1 xalla sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button