Kolumbiyalı La Liqanı A Seriyasına dəyişdi

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyanın “Valensiya” klubunun müdafiəçisi Ceyson Murilyonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı kolumbiyalı futbolçu 1 illik icarəyə götürülüb. Amma mövsüm bitəndən sonra “Sampdoriya” 15 milyon avro ödəməklə onun transfer hüququnu da alacaq.

İtaliyanın “Udineze” klubunun yetirməsi olan Murilyo, bu ölkədə daha çox Milan “İnter”indəki çıxışı ilə məşhurlaşıb. İspaniyada isə “Qranada”, “Kadis” və “Las Palmas”da da oynamış futbolçu, “Valensiya”da 2017-ci ildən forma geyinir. Bu ilin yanvar ayında “Barselona”ya da icarəyə verilmiş mərkəz müdafiəçisi, Kataloniya təmsilçisində cəmi 2 oyuna çıxıb. Kolumbiya yığmasında 18 oyun keçirən Murilyo 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button