Kolumbiya millisinin üzvü “Portu”da

Portuqaliyanın “Portu” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Kolumbiya yığmasının və “Atletiko Xunior”un yarımmüdafiəçisi Luis Diası transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar.

Luis Dias yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button