De Liqtlə bağlı açıqlama: Ya İngiltərə, ya da İspaniya

“Ayaks”ın heyətində göstərdiyi oyunla bir çox Avropa klubunun transfer hədəfində olan Matteys de Liqtlə bağlı açıqlama verilib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin heyətindən ayrılacaq futbolçularla bağlı açıqlama verən klub rəsmisi Edvin Van der Sar, 19 yaşlı futbolçunun gələcək karyerası ilə bağlı da danışıb:

“Cari mövsümün sonunda 7-8 futbolçunu itirməyi düşünmürük. Sadəcə 2-3 futbolçunun komandadan ayrılacağına ümid edirik.

Frenki de Yonqun “Barselona”ya gedəcəyi bəllidir. De Liqt isə İngiltərəyə və ya İspaniyaya gedəcək”.

Bu mövsüm “Ayaks”ın heyətində 53 oyuna çıxan hollandiyalı futbolçu, bu matçlarda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button