Klopp yeni turnir yaratmağı planlaşdırır

Dortmund “Borussiya”sı və “Liverpul”dakı fəaliyyəti ilə tanınan almaniyalı mütəxəssis Yurgen Klopp yeni turnir yaratmaq niyyətindədir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, tanınmış çalışdırıcı gənc futbolçuların inkişafını hədəfləyən U-21 liqasının təsis olunmasını planlaşdırır.

Bu liqa gənc oyunçuların Bundesliqada çıxış etməzdən əvvəl lazımi təcrübə qazanmasına xidmət edəcək. Klopp artıq layihənin reallaşdırılması üçün bir sıra futbol funksionerləri ilə müzakirələr aparır.

59 yaşlı mütəxəssis hazırda “Red Bull” sistemində futbol istiqamətinin rəhbəri vəzifəsində çalışır. Daha əvvəl Avropa mətbuatında onun “Real”ın baş məşqçisi postuna namizəd ola biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button