Kloppdan yeni rekord

“Liverpul” İngiltərə Premyer Liqasının 23-cü turunda “Everton”la (2:0) qarşılaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu oyun “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

56 yaşlı mütəxəssis Mersisayd təmsilçisində 250-ci qələbəsini qazanıb. Bunu 414-cü oyunda bacaran Klopp klubun tarixinə düşüb.

Öncədən “Liverpul”u çalışdıran mütəxəssislərdən Bob Peysli 250-ci qələbəsini 448-ci, Bill Şenkli 472-ci, Tom Uotson isə 539-cü qarşılaşmada qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button