Kloppdan yeni mövsümlə bağlı açıqlama

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının ilk turunun “Fulhem”lə oyunundan əvvəl açıqlama verib.

Komanda.az xəbər verir ki, Klopp, yeni mövsümdə komandasını gözləyən rəqabət haqda danışıb:

“Mançester Siti”, “Çelsi” və “Arsenal”dan daha çox şey gözləyirəmmi? Təbii ki, “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl”dan. Düşünürəm ki, bütün bu komandalar yay transfer pəncərəsində güclənib. Biz özümüz haqqında daha çox düşünməliyik, inkişaf etməliyik. Topa sahib olmaq baxımından daha üstün olmaq istəyirik”.

“Liverpul” bu gün saat 15:30-da “Fulhem”lə qarşılaşacaq.